İş barədə məlumat
İş barədə məlumat və vəzifə öhdəlikləri
Müəssisənin bütün maliyyə-mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkil və idarə olunması;
Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların vaxtında və düzgün hazırlanaraq təqdim edilməsi;
Hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələrin maliyyə baxımından yoxlanılması və uçotunun aparılması;
Ticarət kompleksində fəaliyyət göstərən icarəçilərin aylıq icarə ödənişlərinin, borclarının və hesablaşmalarının uçotunun aparılması;
Debitor və kreditor borclarına nəzarət;
Bank, kassa və elektron ödəniş əməliyyatlarının idarə olunması;
Əmək haqlarının, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri, son haqq-hesab və digər əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanması;
Əmək müqavilələrinin maliyyə hissəsinə nəzarət və İnsan Resursları şöbəsi ilə koordinasiyalı işin təşkili;
Əsas vəsaitlərin, materialların və mal ehtiyatlarının uçotuna nəzarət;
Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və daxili maliyyə nəzarətinin təmin edilməsi;
Rəhbərliyə aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanaraq təqdim edilməsi;
Mühasiblərin işinin təşkili, iş bölgüsünün aparılması və fəaliyyətlərinə nəzarət.
İş qrafiki
Həftənin 1–5-ci günləri
10:00–18:00
Tələblər
Namizədə tələblər
Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə ali təhsil;
İş təcrübəsi: Baş mühasib vəzifəsində iş təcrübəsi;
Mühasib sertifikatının olması; Maliyyə Nazirliyi tərəfindən tanınan peşəkar sertifikat üstünlükdür;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəlləsi və mühasibat uçotu üzrə normativ aktlarını yüksək səviyyədə bilmək;
1C 8.3, Microsoft Excel və digər ofis proqramlarında sərbəst işləmək bacarığı;
e-Taxes, e-Gov, e-Sosial və digər elektron hökumət portalları ilə işləmək bacarığı;
Analitik düşünmə, idarəetmə və qərarvermə bacarığı;
Məsuliyyətli, dəqiq və məxfi məlumatlarla işləmək bacarığı.